Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib


Digərləri 31 Okt 2017 13:58:27 208 0

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib

Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklikliyin məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsinə edilməsi təklif edilib.

Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.