Keçmiş dələduz bu dəfə narkotiklə tutuldu
Kriminal 31 Okt 2017 14:01:00 340 0
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Oktyabrın 29-da RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz şəhər sakini Tərlan Dəmirov saxlanılıb. Onun idarə etdiyi "İnfiniti" markalı avtomobilə baxış zamanı yük hissəsində olan bükülüdə icərisində 241,223 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan T.Dəmirov əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olub.
Həmin gün RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini Rəşad Quliyev saxlanılıb. Onun uzərinə baxış keçirilərkən sellofan torbada 51.125 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Mənbə: milli.az