Qohumlarını aldadıb evlərini əlindən alana


Digərləri 31 Okt 2017 14:05:00 299 0

Qohumlarını aldadıb evlərini əlindən alana

Dələduzluqda təqsirləndirilən Ramin Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.    Hakimlər kollegiyasının hökmünə əsasən Ramin Əfəndiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.   Qeyd edək ki, iş üzrə 4 zərərçəkən olub. Zərərçəkənlərin hamısı Ramin Əfəndiyevin qohumlarıdır. Qohumluq münasibətindən sui-istifadə edən R.Əfəndiyev onlara evlərini satdırıb. Bildirib ki, köhnə evlərini satıb təzə tikilən evin təməlindən ev alacaq. Lakin verdiyi vədlərə əməl etməyib.