Avropa İttifaqı Azərbaycanla razılığa gəldi


Siyasət 31 Okt 2017 13:48:26 327 0

Avropa İttifaqı Azərbaycanla razılığa gəldi

Avropa İttifaqı (Aİ) və Azərbaycan vahid aviasiya məkanı barədə sazişin əsas prinsiplərini razılaşdırıb.

Son.az trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, ötən həftə Bakıda aviasiya ilə bağlı saziş üzrə danışıqların üçüncü mərhələsi keçirilib: "Danışıqlar demək olar ki, 48 saat fasiləsiz davam edib. Biz əsas mətni razılaşdırmışıq. Bu gün Xarici İşlər Nazirliyində növbəti görüşün tarixi və yerini müzakirə edəcəyik".