"Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır"


Siyasət 31 Okt 2017 13:35:00 314 0

"Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır"

Tarix sübut etdi ki, vaxtilə bu sazişi xülya adlandıranların fikirləri xülyadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinə dair yeni sazişin müzakirəsi zaman deyib.

S.Novruzovun sözlərinə görə, o vaxt prezidentliyə namizəd olmaq istəyənlər var idi ki, bu sazişi dəstəkləmirdilər: "Həmin şəxslər bu sazişi xülya adlandırırdılar, lakin tarix sübut etdi ki, o adamların fikirləri xülyadır".

Deputat bildirib ki, bu gün bu saziş Azərbaycana böyük faydalar gətirir, ölkəmizin inkişafında mühüm rol oynayır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində