Arif Əsgərovun qohumunun məhkəməsində: "Uşağıma dərman ala bilmədim, o şikəst oldu"


Digərləri 31 Okt 2017 13:00:00 271 0

Arif Əsgərovun qohumunun məhkəməsində: "Uşağıma dərman ala bilmədim, o şikəst oldu"

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az APA-ya istinadən xəbər veirr ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. İttihama münasibət bildirən R.Hüseynov özünü təqsirli bilməyib.   İclasda zərərçəkmiş Namiq İsmayılov ifadə verib. Bildirib ki, R.Hüseynov iş qurmaq adı ilə onun pullarını mənimsəyib: "Bahalı maşınlarda gəzir, lakin mənim pulumu qaytarmır. Mən uşağıma dərman ala bilmədim, o şikəst oldu.  Bunu ona keçə bilmərəm. Maşınımı, qızıllarımızı satdıq. Mənə dostlarım yığışıb çörək alır".   İclasda R.Hüseynovun əvvəllər də həbs edildiyi məlum olub. R.Hüseynov N.İsmayılovun epizodu üzrə ifadə verməkdən imtina edib.   Proses noyabrın 1-də davam etdiriləcək.   Qeyd edək ki, R.Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.   R.Hüseynov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.   R.Hüseynovun qardaşı Emil Hüseynov da dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.