Sənət adamları Fədayə Laçın haqda: "Bu nə işdir? Allah anana səbr versin"
Şou-biznes 31 Okt 2017 12:25:00 524 0
Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün həbs edilib.
Əməkdar artist Elza Seyidcahan: "İnsan olan kəs bu ifanın qarşısında ya məhv, ya da adam olar. Kimisə qınamaq olmaz. Ay Fədayə, kaş deyilən sözlər yalan olardı. Sən özün hər zaman hər şeyin yerini bilən, qabiliyyətli, mərd, səmimi və qanunlarımıza hörmət edən bir xanım olmusan. Bu nə işdir? Allah anana səbr versin".
Rəqsanə İsmayilova: "Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq, nə olsun ki, müğənniyik? Qanun hamımız üçündür, amma çox pis oldum. Allah ailəsinə səbr versin. Fədayə ilə yaxın dost olmasam da, bir qadın, ana kimi üzüldüm. Allah yolunu açıq etsin. Biz sənətdə olan insanlar belə gün olanda heç bir zaman bir-birimizə kömək olmuruq. Allah şeytana lənət eləsin. Türkiyədə Deniz Seki tutuldu, bütün müğənnilər ona dəstək oldu. Səhv hamının həyatında bir dəfə olur. Biz ancaq insanları baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd tanımır. Bu sevginin sonu belə acılı sonluqla bitir".
Tacir Şahmalıoğlu: "Mən də bir eloğlu kimi Fədayə xanımın həbsinə üzülənlərdən biriyəm. Allah yolunu açsın".
Müğənni Ayan Babakişiyeva: "Uşaq idim bu mahnıları dinləyəndə. Tale bizi yaman yerdə sınadı. Bilmədən qınamayın, yıxılanı baltalamayın".