Fransada fövqəladə vəziyyət rejimi ləğv edilib


Dünya 31 Okt 2017 10:43:21 309 0

Fransada fövqəladə vəziyyət rejimi ləğv edilib

Ölkədə fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabrında paytaxt Parisdə törədilən terror aktlarından sonra tətbiq edilmişdi

Fransada fövqəladə vəziyyət rejimi ləğv edilib.

“Report” “Le Point”ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron "Ölkədaxili təhlükəsizlik və terrora qarşı mübarizə haqqında" qanunu imzalayıb.

Qanunun maddələrindən biri fövqəladə rejimin ləğvini nəzərdə tutur və bu ilin noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabrında paytaxt Parisdə törədilən terror aktlarından sonra tətbiq edilmişdi. Həmin il noyabrın 13-də Parisdə törədilən terror aktı nəticəsində 132 nəfər həlak olmuşdu, 346 nəfər isə yaralanmışdı. Təhlükəsizlik qüvvələri 7 terrorçunu məhv etmişdi.