Goranboyda güclü külək bir neçə kəndi işıqsız qoyub


Sosial 31 Okt 2017 01:19:56 303 0

Goranboyda güclü külək bir neçə kəndi işıqsız qoyub

Baş vermiş fəsadların aradan qaldırılması istiqamətində iş gedir

Goranboy rayonunda əsən güclü külək səbəbindən bir neçə kənd işıqsız qalıb.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayan külək nəticəsində bir neçə kəndi işıqlandıran "Nasos xətti" adlanan elektirik xətti sıradan çıxıb.

Nəticədə rayonun Məşədiqaralar, Eyvazlılar, Boluslu və Zeynallı kəndində elektrik enerjisinin verilişi dayanıb. Hazırda baş vermiş fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qərb bölgəsində küləkli hava şəraiti davam edir.