Günün qoroskopu: qohumlarla mübahisə etməyin


Digərləri 31 Okt 2017 00:01:00 300 0

Günün qoroskopu: qohumlarla mübahisə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - gün sizin üçün uğurlu keçəcək. Həm öz işləriniz, həm də başqaları üçün gördüyünüz işlər uğurlu alınacaq. Özünüzü tam bir lider kimi hiss edə bilərsiniz. Sizdə insanları arxanızca aparmaq qabiliyyəti var. İş söhbətləri çox yaxşı keçir. Ola bilsin ki, sizdən yaşca böyük qadınların məsləhəti sizə lazım olsun. Həyatın hər bir anını izləyin ki, öz şansınızı qaçırmayasız. İnsanlarla ünsiyyətdən qaçmayın, çünki özünüzə köməkçi və tərəfdaş tapa bilərsiniz.

Buğa - bu gün pozitiv fikirlər sizi cənginə alacaq. Bu günün yeganə təhlükəsi - israfçılıq və maliyyə itkiləri ola bilər. Bu da sizin ekstravaqantlığınızdan irəli gəlir. Öz intuisiyanıza inanın! Çünki sizin intuisiyanız çox güclüdür. Adətləri pozmaq lazım deyil, sadəcə aldığınız məsləhətləri düzgün qiymətləndirin. Yeni eksprimentlərə hazır olun. Öz professionallığınıza və fikirlərinizə güvənin. Ola bilsin ki, mübahisə etdiyiniz şəxslə aranız düzəlsin. Hər şey sizdən asılıdır.

Əkizlər - pis gün deyil, bəzi hadisələr sizi sevindirəcək. Bu günü elə planlaşdırın ki, faydalı işlərlə maraqlı işlər bir-birini əvəz etsin. İşgüzar görüşlər yaxşı keçir, əvvəllər sizin nöqteyi-nəzərinizlə razılaşan insanların dəstəyini qazana bilərsiniz. Əgər uzağa getməlisinizsə, o zaman hazırlıqlara diqqətlə yanaşın. Səfərlər uğurlu keçəcək. Axşam yeni tanışlıqlar da ola bilər, lakin bu tanışlıqların romantik davamına ümid bəsləməyin.

Xərçəng - öz planlarınıza yenidən baxın, əsas olanları ikinci dərəcəlilərdən ayırmağa çalışın, lazımsızları kənarlaşdırın. Bu gün bir sıra xoş sürprizlərlə qarşılaşacaqsınız. Bəzi vərdişlərinizi tərgitməli olacaqsınız, lakin sonda bu, sizi sevindirəcək. Qohumlarınızla münaqişələrin olacağı ehtimalı da var. İnsanlarla ünsiyyət zamanı diqqətli olun ki, münaqişələrdən yayına biləsiniz.

Şir - siz doğru yol seçmisiniz və ondan yayınmayın. Öz planlarının üstündə duranların uğur üzünə güləcək. Nə istədiyinizi yaxşı bilirsiniz, bu da sizə kömək edəcək ki, lazımsız narahatlıqlar yaşamayasınız. Günün ikinci yarısında maraqlı və romantik görüşlər ola bilər. Lakin çox ümidlənməyin ki, sonradan da məyus olmayasınız.

Qız - bu gün uğur qazanmaq istəyirsizsə, az risk edin və tələsməyin. Bu gün uğur qazana bilməyənlər ancaq tənbllər ola bilər. Vaxt itirməkdən qorxmayın. Siz nəyə can atırsız, o, sizdən qaçmayacaq. Dəqiq fənnləri öyrənmək üçün çox əlverişli bir gündür.  Özünüzdən böyük qohumlarınızla mübahisələriniz düşə bilər. Maliyyə məsələlərinə aid söhbətlərdə bir fikrə gəlmək çətin olacaq. Siz digərlərinin fikrinə qulaq asmağa elə də meylli deyilsiz, bu da probelmlərin yaranmasına gətirib çıxaracaq.