Gəncəyə işləməyə gedən qadını yük maşını vurub


Sosial 30 Okt 2017 23:50:33 308 0

Gəncəyə işləməyə gedən qadını yük maşını vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuzdan Gəncə şəhərinə işləməyə gələn 1979-cu Cəfərova Mahırə Səfər qızı "Kamaz" markalı yük maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.