Kəndlərdə DƏHŞƏTLİ ADƏTLƏR: Cadugər QƏTLLƏRİ, ovsuna görə şoka salan cəzalar...


Digərləri 30 Okt 2017 23:10:00 296 0

Kəndlərdə DƏHŞƏTLİ ADƏTLƏR: Cadugər QƏTLLƏRİ, ovsuna görə şoka salan cəzalar...

Kəndli icması həmkəndlilərini təhlükəyə məruz qoyanlara rəhm etmirdi.

Yaramaz hərəkətlərə görə məlum günahkarlarla yanaşı, cadugərlik, ovsunlama və s. bu kimi əməllərlə məşğul olduqları ehtimal olunanlar da cəzalandırılırdı. Hesablaşma, cəzalandırma səbəbləri ilə üsulları isə müasir insanları şoka sala bilər.

Son.az Rusiya kəndlərindəki qəribə adətlər, müasir insanlara xas olmayan bir sıra eybəcərliklərin icmalını dəyərli oxuculara təqdim edir.

Cadugər qətli xeyirxah əməldir, günah sayılmır

Rus kəndində epidemiya və ya aclıq zamanı cadugər, ovsunçu öldürülürdü. İnsanlar bunu etməklə, ölümlərlə fəlakətlərə son qoyduqlarını zənn edirdi. Cadugərin qətli günahkar əməl hesab edilmirdi, əksinə, cəmiyyət tərəfindən alqışlanırdı. Kəndlilər bunu ali qüdrətin qəzəbindən qurtulmağın yollarından biri hesab edirdi.

Rusiyanın ictimai-siyasi tarixi arxivində cadugərlərin cəzalanııdırıldığına dair bir çox sübutlu sənədlər qorunub-saxlanıb. Hadisələrdən biri 1879-cu ildə, kənd sakinləri olan bir neçə qadının eyni vaxtda xəstələndiiyi Novqorod quberniyasında (Vraçevka kəndində) baş verib. Əsəb pozuntulu ürəkkeçmələr zamanı xəstələr yerli cadugər Yekaterina İqnatyevanın adını çəkirdi. Bu fakt kəndlilərin dul qalmış cadugər qarını yaşadığı yerdə bağlayıb, qapı-pəncərələrini mismarlayaraq, evini yandırmaları üçün yetərli əsas idi. Edamın fəal iştirakçılarının sayı 17 nəfər idi, kəndin daha 300 sakini edamı ədalətli hesab edərək, baş verənləri müşahidə edirdi. Bu hadisənin yazılı təfərrüatları nahiyə (vilayət) məhkəməsinə təqdim olundu və məhkəmənin qərarına əsasən, qətl törətmiş insanlardan 14 nəfər tamamilə bəraət qazandı. Qalan 3 nəfər cinayətkara qarşı irəli sürülən ittihamın cəzası kilsədə məcburi tövbəyə cəlb olunmaları idi.

Epidemiyanı dayandırmaq üçün insanı qurban vermək

Kənddə yoluxucu xəstəliklərin yayılması insanları dəhşətə gətirirdi. Əhali üçün böyük təhlükə təşkil edən xəstəliklərə hiyləgər üsulla məhv edilməli olan canlı varlıqlar kimi yanaşılırdı. Yatalaq, taun və ya vəba xəstəlikləri ilə mübarizə aparmaq üçün bu bəlaya birinci düçar olmuş zavallılar diri-diri dəfn edilirdi. Belə ki, kəndlilər arasında zorakılıqla öldürülən xəstələrlə yanaşı, onların düçar olduğu bəlanın da məhv olacağına və xəstəliyin yayılmasına son qoyulacağına dair fikir formalaşmışdı.

Belə bir ölümün əzab çəkən bədəndən cinləri qovduğu və onların mərasim nəticəsində canlılar dünyasını tərk edərək, ölüm səltəənətinə yollandığı zənn edilirdi. Bu barədə rusiyalı kriminalist hüquqşünas L.Beloqrits-Kotlyarevski məlumat verir. Bəzən xəstələr könüllü surətdə özləri üçün bu aqibəti seçirdi.

Diri-diri qəbrə gömülmə


Xəbərə aid fotolar