Hörmət yoldaşına və uşağına hörmət etmədi VİDEO


Digərləri 30 Okt 2017 22:40:00 304 0

Hörmət yoldaşına və uşağına hörmət etmədi  VİDEO

46 yaşlı qadın həyatın sərt üzü ilə qarşılaşdığına görə göz yaşı tökür.

Son.az bildirir ki, 3 illik evliliyi müddətində daim həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb.

Şərti adı Sevil Heydərova olan qadının iddiasına görə, həyat yoldaşı ona daim işgəncə verib. Hətta özü ilə bərabər övladı da zorakılıqla üzləşib.

Sevil Heydərovanın sözlərinə görə, əri tərəfindən döyülmək və təhqir olunmaqla yanaşı, günlərlə ac saxlanılıb.

Bir müddət sonra isə həyat yoldaşı, Sevili və azyaşlı oğlunu küçəyə atıb. Səbəb isə artıq evliliklərinə davam etmək istəməməsi olub.

Ata evində qəbul edilməyən Sevil çarəni sığınacağa müraciət edtməkdə görüb. Hazırda o, övladı ilə birlikdə sığınacaqda məskunlaşıb.