Məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? VİDEO


Digərləri 30 Okt 2017 22:03:00 361 0

Məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir?  VİDEO

Məktəbdə manyak peyda olub.

Son.az bildirir ki, bu barədə övladları Abşeron rayonu, Novxanı kənd 2 nömrəli məktəbdə oxuyan valideynlər iddia edir. Onların sözlərinə görə, maskalı bir qadın mütəmadi olaraq məktəbə gələrək orada oxuyan 6-cı sinif şagirdi Gülcan İsmayılzadəni oğurlayacağını deyib. Əks təqdirdə məktəbdə oxuyan şagirdlərdən birini oğurlayacağını bildirib.

Nərmin Həsənovanın axtardığı Gülcan İsmayılzadə və onun sinif yoldaşları da dəfələrlə həmin qadın tərəfindən hədələndiyini deyir.

Araşdırma zamanı məlum oldu ki, sözügedən qadın Nərmin Həsənova əvvəllər Gülcan İsmayılzadənin əmisi yoldaşı olub. Elə həmin illərdə də Gülcan İsmayılzadəni övladlıqda saxlayıb. Bir müddət sonra o, yoldaşından boşanıb və Gülcanla yaşamağa başlayıb. Gülcan İsmayılzadənin dediyinə görə, həmin qadın dəfələrlə ona işgəncələr verib. Bu işgəncələrə dözməyən Gülcan isə öz anası evinə qaçıb. Hər şey isə elə bundan sonra başlayıb.

Gülcan İsmayılzadə yenidən həmin şəxslə yaşamaq istəmədiyini deyir.