Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub


Digərləri 30 Okt 2017 21:00:00 163 0

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub

Səhnə əsəri Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanıb

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər - Nicat Kazımov (Riçard Uilli), Aslan Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım Abdullayev (Müdir), Şəlalə Şahvələdqızı (Pamela), aktyorlar - Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb Abdullayev və Rövşən Kərimduxt (Ronni), Şəhla Əliqızı (Qledis), Vüsal Mustafayev (Detektiv) və Dilarə Nəzərova (Mariya) ifa ediblər. Tamaşanı Dilbər İsmayılova idarə edib. 

Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 8 iyun 2013-cü ildə baş tutub.