"Validsiz tənhayam, xoşbəxt deyiləm"


Şou-biznes 30 Okt 2017 20:36:00 254 0

"Validsiz tənhayam, xoşbəxt deyiləm"

"Heç yarım saat yadımdan çıxmır. Valid hər dəqiqə yadımdadır".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Ofeliya Sənani "Xəzər maqazin"ə açıqlamasında deyib.

Aparıcı həyat yoldaşı Valid Sənanini itirdikdən sonra çətin günlər keçirməsindən danışıb:

"Validin xətrinə bu yaşda maşın sürməyi öyrəndim. Onu həkimlərə daşımaq üçün bunu etməliydim. Yeriyə bilmirdi, onu güclə qaldırırdım, düşürdüb həkimə aparırdım. Öz səhhətimdə də problemlər yarandı. Fəqərə sütunumda düzəlməyən elə problemlər ortaya çıxdı ki... İşdən ayrılandan sonra bütün xəstəliklərim üzə çıxdı.