Türkiyə hökuməti məmurların xarici ölkələrə səfər çıxması prosesini sadələşdirib


Dünya 30 Okt 2017 19:56:00 284 0

Türkiyə hökuməti məmurların xarici ölkələrə səfər çıxması prosesini sadələşdirib

Bəkir Bozdağ: "Məmurlar noyabrın 15-dən xaricə çıxarkən iş yerindən arayış təqdim etməyəcəklər"

Türkiyə hökuməti məmurların xarici ölkələrə səfər çıxması prosesini yüngülləşdirir. 

"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra jurnalistlərə məlumat verib. 

Onun sözlərinə görə, Nazirlər Kabineti 2016-cı il 15 iyul hadisələrindən sonra məmurlara xaricə çıxarkən iş yerindən arayış təqdim etməsi ilə bağlı qaydanı aradan qaldırıb: "Bu qərar noyabr 15-dən qüvvəyə minəcək".