“Könüllülər Parlamenti Azərbaycan”- 2017 layihəsi başa çatıb


Digərləri 30 Okt 2017 19:56:54 191 0

“Könüllülər Parlamenti Azərbaycan”- 2017 layihəsi başa çatıb

Tədbirin sonunda layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Könüllülər Parlamenti Azərbaycan” layihəsi başa çatıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, layihənin bağlanış mərasimində Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxışı zamanı layihənin gənclər tərəfindən irəli sürülmüş gözəl bir təşəbbüs olduğunu bildirib. Gənclərin belə layihələrdə iştirakının onların həm şəxsi inkişafında, həm də karyera həyatında uğur qazanmasına səbəb olduğunu qeyd edib. Daha sonra çıxış edən Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov layihənin uğurlu yekunuyla bağlı iştirakçıları təbrik edib, hazırlanmış təkliflər planı ilə bağlı öz rəylərini bildirib. Qeyd edək ki, əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaq olan “Könüllülər Parlamenti Azərbaycan - 2017” layihəsi 4 gün davam edib. Şamaxıda baş tutan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstəriblər. Layihənin sonuncu günündə "Könüllülər Parlamenti"nin plenar iclası keçirilib. İclasda komitələr onlara əvvəlcədən təqdim olunmuş mövzular üzrə hazırladıqları təkliflər planını təqdim ediblər. Təqdim olunmuş təkliflər planı keçirilmiş səsverməyə əsasən qəbul edilib. Tədbirin sonunda layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin