UEFA "Köln" və "Skenderbeu"nu cərimələyib


İdman 30 Okt 2017 19:24:00 368 0

UEFA "Köln" və "Skenderbeu"nu cərimələyib

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Köln" və Skenderbeu klublarını cəzalandırıb. Goal.az xəbər verir ki, hər iki klub 60 min avro cərimə ödəməli olacaq. "Köln" "Arsenal"la səfər matçı zamanı alman azarkeşlərin pirotexnikadan istifadə etməklə stadiona zərər yetirməsi səbəbindən cərimələnib. Bundesliqa klubu UEFA bayrağı altında keçiriləcək növbəti 2 oyunda azarkeş dəstəyindən də məhrum olunub. "Köln" Avropa Liqasında noyabrın 2-si BATE-ni qəbul edəcək. Cəza üçün 2 il sınaq müddəti təyin olunub. "Köln" 30 gün ərzində "Arsenal"la əlaqə saxlayaraq "Emirates"ə dəyən ziyanı ödəməlidir.

"Skenderbeu" isə "Partizan"la oyunda (0:0) baş verənlərə görə cəzalandırılıb. Bu, alban azarkeşlərin qadağan olunmuş mahnılar oxuması, irqçi şüarlar və pirotexniki vasitələrdən istifadə etməsi ilə əlaqədardır. "Skenderbeu"nun Avroliqada növbəti matçında azarkeş lər iştirak etməyəcək.