Türkiyədə daha bir böyük şəhərin bələdiyyə sədri istefa verib


Dünya 30 Okt 2017 18:18:01 257 0

Türkiyədə daha bir böyük şəhərin bələdiyyə sədri istefa verib

Ahmet Edib Uğur partiya sıralarını da tərk etdiyini açıqlayıb

Türkiyənin Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Edib Uğur istefa verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında partiya sıralarını da tərk etdiyini açıqlayıb. 

Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankara, Bursa və Balıkesir bələdiyyələri sədrlərinin istefası ilə bağlı qərar qəbul etmişdi. Ankara və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri ötən həftə istefa veriblər.