Donald Trampın seçki qərargahının keçmiş başçısı saxlanılıb


Dünya 30 Okt 2017 17:42:00 263 0

Donald Trampın seçki qərargahının keçmiş başçısı saxlanılıb

Ona qarşı “Rusiya işi” ilə bağlı ittiham irəli sürülüb

ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahının keçmiş başçısı Pol Manafort “Rusiya işi” adlı cinayət işinə görə saxlanılıb.

“Report” “The New York Times”ə istinadən xəbər verir ki, P.Manfort və onun keçmiş işgüzar əməkdaşı Rik Geytsə federal hakimiyyətə təslim olmaq əmr edilib.

Onlara qarşı irəli sürülən ittihamlar hələlik məlum deyil.

ABC telekanalı bildirib ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi ittihamı ilə bağlı ilk dəfə 5 aylıq araşdırma keçirilib.

KİV həmçinin vurğulayıb ki, ABŞ Federal Təhqiqat Bürosu P.Manafortun şirkətinin pul köçürmələri ilə bağlı məsələni araşdırır.

Xəbərə əsasən, P.Manafort artıq federal hakimiyyətə təslim olub.