Aİ: "BTQnin açılışı nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır"


Siyasət 30 Okt 2017 17:34:00 324 0

Aİ: "BTQnin açılışı nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır"

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bu Avropa İttifaqının (Aİ) bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Avropa İttifaqı yeni dəmir yolu dəhlizini alqışlayır ki, bu da sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaqdır. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.

Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləmişdir. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcəkdir".

Bəyanatda qeyd edilir ki, təşkilat enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəkləyir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində