Birini bıçaqlayıb gizləndi, tutularkən polisi də hədələdi


Digərləri 30 Okt 2017 17:04:00 206 0

Birini bıçaqlayıb gizləndi, tutularkən polisi də hədələdi

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Son.az-a verilən məlumata görə, cari il oktyabrın 4-də Hacıqabul şəhərində yaşayan Həsrət Şahverənovun bıçaq xəsarəti ilə xəstəxanaya daxil olması barədə Şirvan ŞPŞ-yə məlumal daxil olub.

Şirvan və Hacıqabul Şəhər Rayon və Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Saxlanılan zaman Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Ağayev bıçaqla müqavimət göstərib. Polis əməkdaşları onu zərərsizləşdirərək istintaqa  təhvil veriblər.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.