Canavarlar kəndə hücum edib 4 baş qoyunu parçaladı VİDEO FOTO


Digərləri 30 Okt 2017 17:08:00 290 0

Canavarlar kəndə hücum edib 4 baş qoyunu parçaladı  VİDEO  FOTO

Göyçayda kəndə hücum edən canavarlar 4 baş qoyunu parçalayıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə ötən gecə Göyçayın Çaxırlı kəndində baş verib.

Kənd sakini Eldəniz Abdullayevə məxsus tövləyə girən canavarlar 20 baş xırda buynuzlu heyvandan 4-nü parçalayıb, 1-ni isə yaralayıb.

Yaralı qoyun baytarların nəzarətinə götürülərək müalicə olunur. Ölən heyvanlar isə dezinfeksiya edilərək torpağa basdırılıb.

Sakinlərin sözlərinə görə, bu, vəhşi heyvanların kəndə ilk hücumu deyil. Əvvəllər də yırtıcılar bir neçə dəfə heyvanları və ev quşlarını tələf ediblər.


Xəbərə aid fotolar