Türkiyəli TV aparıcı: "Ölkəmdəki dostlarımı Bakıya alışverişə dəvət edirəm"


Digərləri 30 Okt 2017 15:56:00 205 0

Türkiyəli TV aparıcı: "Ölkəmdəki dostlarımı Bakıya alışverişə dəvət edirəm"

Bakı Şopinq Festivalına (Baku Shopping Festival) daxil olan mağazalarda qiymətlər çox münasib, çeşid isə rəngarəngdir".

Son.az xəbər verir ki, bunu bakushopfest saytına açıqlamasında Türkiyənin məşhur TV aparıcısı Özge Uzun deyib.

Festival çərçivəsində alış-veriş etdiyini söyləyən Ö.Uzun böyük zövqlə bu həyəcanı yaşadığını dilə gətirib: "Türkiyədəki dostlarımı da Bakıya dəvət edirəm. Həm gəlib alış-veriş etsinlər, həm də Bakının gözəlliyini görsünlər".

TV aparıcısı İstanbul Şopinq Festivalı kimi Bakıdakı festivalın da uğurlu olduğuna inanır: "Bir qədər də güclü tanıtım kampaniyası keçirilsə, məncə Bakı Şopinq Festivalı hətta, daha uğurlu ola bilər".

Qeyd edək ki, uzun illər TV-də çalışan Ö.Uzun 2007-ci ildə "Fox TV"də, daha sonra isə "CNN Türk" və "TRT Haber"də xəbərlər proqramının aparıcısı kimi çalışıb.