Günay: "Rahat yatıram ki, banka borcum yoxdur"


Şou-biznes 30 Okt 2017 14:41:00 279 0

Günay: "Rahat yatıram ki, banka borcum yoxdur"

Müğənni Günay İbrahimli bahalı maşını və qarderobu ilə gündəmdə olmağı sevmədiyini deyib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu açıqlamanı "Hər şey daxil" proqramında verib: 

"İndi hamının maşını var. Heç kim baxmır ki, kim məclisə, tədbirə hansı maşınla gəlir. 2009-cu ildən maşın sürürəm. Sonuncu avtomobilimi isə 4 ildir idarə edirəm. Elə də bahalı deyil. Düzdür, kreditlə almışam, amma ödəyib qurtarmışam. Evim də var. Ümumiyyətlə, kreditim yoxdur. Hər gün rahat yatıram ki, banka borcum yoxdur. Geyimlərə gəldikdə isə, qarderobumda 20 manatlıq geyim də var, 300 manatlıq da... İnsan özünə yaraşamı geyinməlidir. Pulumu daha çox mahnıya, aranjmana xərcləyirəm".   Xatırladaq ki, Günay sonuncu dəfə özünə 2013-cü ildə "Dodge Durango" markalı maşın alıb. Avtomobilin qiyməti 39-50 min manat arasında dəyişir.