Diktator xanımı və bacısı ilə fabrikə yollandı FOTO


Digərləri 30 Okt 2017 14:36:00 276 0

Diktator xanımı və bacısı ilə fabrikə yollandı  FOTO

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya Xalq-Demokratik Respublikasındakı diktaturanın lideri Kim Çen In xanımı Li Sol Çju və bacısı kim Yo Çjonla birlikdə dünən Pxenyandakı kosmetika fabrikinə baş çəkib.

Son.az Renhap-a istinadən bildirir ki, 33 yaşlı Kim Çen In istehsalat sexləri, ekspertiza bürosu və nümunəvi məhsul kabinetinə baş çəkib. O, kosmetika məhsullarının böyük çeşidi, keyfiyyəti və qablaşdırmanın gözəlliyindən razı qalıb.

"Koreyalı xanımların ən müasir müəssisədə hazırlanan, dünya səviyyəli kosmetik məhsulları ala biləcəyindən razıyam", - Kim Çen In deyib.

Sanksiyalar və embarqolar səbəbindən Şimali Koreyada kosmetik məhsullar qıtlığı yaranıb.


Xəbərə aid fotolar