Mərkəzi Avropada qasırğa nəticəsində 7 nəfər həlak olub


Dünya 30 Okt 2017 14:16:07 278 0

Mərkəzi Avropada qasırğa nəticəsində 7 nəfər həlak olub

Qasırğaya görə Çexiya, Avstriya və digər qonşu ölkələrdə yüzminlərlə ev elektrik enerjisiz qalıb

Almaniya, Polşa və Çexiyada baş verən qasırğaya görə ağacların aşması və tikililərin dağılması nəticəsində 7 nəfər həlak olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, qasırğa Almaniyada 3, Polşa və Çexiyada isə 2 nəfərin ölümü ilə nəticələnib.

Qasırğa səbəbi ilə Çexiya, Avstriya və digər qonşu ölkələrdə yüzminlərlə ev elektrik enerjisiz qalıb.

Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus təyyarə ABŞ-ın Hyuston şəhərindən Frankfurt-Mayna uçsa da, güclü küləyə görə Ştutqartda qəza enişi etmək məcburiyyətində qalıb.

Bundan əlavə, Almaniyanın cənubunda əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yolu əlaqəsi dayandırılıb.