14 yaşında ölən model gününə 8 dollar qazanırmış FOTO


Digərləri 30 Okt 2017 13:57:00 378 0

14 yaşında ölən model gününə 8 dollar qazanırmış  FOTO

Həkimlər bildiriblər ki, qızın ölümünə səbəb onun tükənməsi olub

Xəbər verdiyimiz kimi, əslən rusiyalı olan 14 yaşlı model Vlada Dzyuba Çində dünyasını dəyişib.

Son.az mirror-a istinadla bildirir ki, fasiləsiz işləməkdən ölən modelin gündəlik qazandığı məbləğ açıqlanıb. Onun gününə 8 dollar qazandığı məlum olub.

Qızın ölümünə səbəb onun tükənməsi olub. Belə ki, meningit xəstəliyi olan qız həddindən artıq işlədilib və o, gün ərzində cəmi bir neçə saat dincələ bilib. Vlada Dzyuba Çinin moda agentliyi ilə 3 aylıq müqavilə imzalayıb və gün ərzində 13 saat işləyib.


Xəbərə aid fotolar