Bakı sakini oğurluq etdiyi evə illər sonra basqın etdi FOTO


Digərləri 30 Okt 2017 12:05:08 254 0

Bakı sakini oğurluq etdiyi evə illər sonra basqın etdi  FOTO

Bakıda ev sahiblərini aldadaraq mənzilə daxil olan və quldurluq edən iki nəfər polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyindən son.az-a verilən məlumata görə, bir neçə gün əvvəl Xətai rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar. Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Səyavuş Səfiyev və Kamal Fərhadov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Araşdırma zamanı məlum olub ki, dəstə üzvü K.Fərhadovun bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq edib. K.Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı S.Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.


Xəbərə aid fotolar