Proqnozlar Bürosu: Bu gün havanın temperaturu 27 dərəcəyədək yüksələcək


Sosial 30 Okt 2017 11:55:00 265 0

Proqnozlar Bürosu: Bu gün havanın temperaturu 27 dərəcəyədək yüksələcək

Gülşad Məmmədova: “Sabahdan temperatur tədricən enəcək”

"Bu gün, oktyabrın 30-u Azərbaycanda temperaturu günorta saatlarında 23-27 dərəcəyədək yüksələcəyi gözlənilir".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün hava isti keçsə də, sabahdan temperatur tədricən enəcək: "Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal küləyinin arabir güclənəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bu günlə müqayisədə temperaturun tədricən 3-5 dərəcə enəcəyi gözlənilir".