Qadınların stadiona girişinə icazə verildi.


İdman 30 Okt 2017 10:46:00 361 0

Qadınların stadiona girişinə icazə verildi.

Səudiyyə Ərəbistanı 3 şəhərdə qadınların idman yarışlarını izləməsinə icazə verib.

Goal.az xəbər verir ki, Riyad, Ciddə və Damman şəhərlərində yerləşən stadionlarda təşkil olunan idman yarışlarına qadınların ailələri ilə birlikdə girişinə icazə veriləcək. Buna qədər isə ancaq kişilər yarışları izləyə bilirdi.

Bu qərar, Səudiyyə Ərəbistanında qadınlara azadlıq vermək üçün son addımlardan biridir. Sentyabr ayında qadınların maşın sürmələrinə icazə verilmişdi.