Neft ucuzlaşdı


Dünya 30 Okt 2017 09:25:00 224 0

Neft ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,02 dollar və ya 0,04% artaraq 53,92 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,04 dollar və ya 0,07% azalaraq 60,40 dollar olub.