İran prezidenti Trampla görüşdən imtina edib


Dünya 30 Okt 2017 01:43:53 249 0

İran prezidenti Trampla görüşdən imtina edib

Emmanuel Makron da belə təşəbbüslə çıxış etsə də, buna nail ola bilməyib

ABŞ prezidenti Donald Tramp İranın dövlət başçısı Həsən Ruhaniyə BMT Baş Assambleyası çərçivəsində təkbətək görüşməyi təklif edib.

"Report"un məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, İran prezidenti ötən ay təklif edilmiş görüşdən imtina edib.

İlk dəfə bu barədə danışan analitik Mehdi Fazaeli əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron da belə bir təşəbbüslə çıxış etsə də, buna nail ola bilməyib.

İranın Xarici İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.