Gürcü politoloq: "Ermənistanın BTQ-dən kənarda qalması Yerevanın səhvinin nəticəsidir"


Dünya 29 Okt 2017 23:40:37 345 0

Gürcü politoloq: "Ermənistanın BTQ-dən kənarda qalması Yerevanın səhvinin nəticəsidir"

Qeorqi Xuxaşvili: "Dağlıq Qarabağ problemi Ermənistanın özü tərəfindən yaradılıb"

Tanınmış gürcü politoloq Qeorqi Xuxaşvili Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə bağlı yerli mətbuata müsahibə verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, politoloq müsahibəsində Ermənistanla da bağlı maraqlı fikirlər səsləndirib.

BTQ layihəsi ideyasının yaranma tarixi, reallaşdırılması, iqtisadi, siyasi, regional və dünyəvi əhəmiyyətindən danışan politoloq onu "Əsrin layihəsi" adlandırıb.

O, Ermənistanın belə bir gəlirli beynəlxalq iqtisadi layihədən kənarda qalmasını məhz rəsmi Yerevanın böyük və ölümcül səhvinin nəticəsi olduğunu bildirib.

Politoloq deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqaz ölkələrindən biri – Ermənistan "Əsrin layihəsi"ndən kənarda qalıb. Bu da ölkənin özü üçün daha çox ziyanlıdır. Layihədən kənarda qalmaq Ermənistana çox böyük zərər vurur, ölkənin iqtisadi problemləri daha da dərinləşir”.

Onun fikrincə, problem Ermənistanın özü tərəfindən yaradılıb. Rəsmi Yerevanın siyasi ambisiyaları iqtisadiyyatı üstələyir. Ona görə də rəsmi Yerevan onu regional layihələrdən kənarda qoyan, şəxsi, fotal-ölümcül səhvinə, iqtisadi perspektivdə çox böyük ziyan ödəməlidir.

"Düşünürəm ki, yaxın vaxtlarda Ermənistan regional özünütədricdən çıxmağa razı olacaq", - deyə Qeorqi Xuxaşvili vurğulayıb.

Q. Xuxaşvili ümumi uzunluğu 828 kilometr olan yolun təkcə region üçün deyil, həmçinin Asiya və Avropa üçün mühüm əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulayıb.