İŞİD Britaniya kraliçasının nəticəsi, şahzadə Corcu öldürməklə hədələyib


Dünya 29 Okt 2017 22:32:13 263 0

İŞİD Britaniya kraliçasının nəticəsi, şahzadə Corcu öldürməklə hədələyib

Terrorçular "telegram" messencerində ona qarşı sui-qəsdi müzakirə ediblər

İŞİD terror qruplaşmasının üzvləri "telegram" messencerində Böyük Britaniya kraliçası II Yelizavetanın nəticəsinə qarşı sui-qəsdi müzakirə ediblər.

"Report" xəbər verir ki, bu "Mirror" bildirib.

Nəşrin xəbərinə görə, İŞİD terrorçularının arasındakı yazışmalardan birində şahzadə Corcun ünvanına təhdidlər aşkar edilib.

İnformasiyaya əsasən, terrorçular Britaniya kraliçasının nəticəsini Londonda, məktəbdə öldürməklə hədələyiblər.