30 yaşdan yuxarı xanımlar üçün pəhriz resepti
Digərləri 29 Okt 2017 21:45:00 283 0
Gün ərzində 10 stəkan su içmək lazımdır. Yaşıl tərəvəzlər məhdudiyyətsiz yeyilə bilər. Son.az immunitet.az-a istinadən bildirir ki, meyvələr isə gün ərzində 4 porsiya yeyilə bilər (1 porsiya=1 orta ölçülü meyvə vəya 2 kiçik meyvə və ya yarım banan) I səhər yeməyi: 125 qr yağsız kəsmik, tərəvəz salatı, bir dilim çörək, şəkərsiz çay və ya qəhvə II səhər yeməyi: 1-2 meyvə və ya yaşıl tərəvəzlər (bolqar bibəri, xiyar) I nahar: Yağsız tərəvəz şorbası və ya doğramac, yağsız toyuq və ya mal əti. İki həftədə bir dəfə yağsız qara ciyər. Qarnir üçün 3 xörək qaşığı yaşıl noxud və tərəvəz salatı. II nahar: 1-2 meyvə, 1 stəkan qatıq Şam yeməyi: Bir dilim qara çörək, bir xörək qaşığı bitki yağı əlavə olunmuş tərəvəz salatı, yağsız kəsmik.
Mənbə: milli.az