Azərbaycanda sidik kisəsi çöldə olan uşaq doğuldu FOTO


Digərləri 29 Okt 2017 21:06:00 280 0

Azərbaycanda sidik kisəsi çöldə olan uşaq doğuldu  FOTO

Azərbaycanda 1 aylıq körpənin üzərində uşaq cərrahiyyəsinin ən çətin sahəsi olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatı keçirilib.   Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib. Həkimin sözlərinə görə, körpə qız uşağı sidik kisəsi çöldə doğulub. Hüseynov bu halın çox nadirən baş verdiyini bildirib:

"Bizə müraciət edildikdə körpə 1 ay yarımlıq idi. Getdikləri digər xəstəxanalarda əməliyyat üçün tez olduğunu bildiriblər. Halbuki bu cür hallarda uşaq dərhal əməliyyata alınmalı idi".

Aparılan müayinələr nəticəsində körpənin sidik kanalının olmadığı və uşaqlıq yolunun tamamilə bağlı olduğu məlum olub.

"Uşağa sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev qasıq sümüklərini yaxınlaşadıra bilmək üçün arxadan qalça sümüklərini kəsdi.

Sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik", - deyə cərrah qeyd edib.


Xəbərə aid fotolar