BakıTbilisiQars dəmir yolunun potensialı ildə 50 milyon ton yük olacaq


Digərləri 29 Okt 2017 20:23:00 336 0

BakıTbilisiQars dəmir yolunun potensialı ildə 50 milyon ton yük olacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyində bildirilib.

Nazirlikdən bildiriblər: "BTQ həm Asiya, həm də Avropaya yeni dünya bazarlarına çıxışa kömək edəcək".

Nəqliyyat Nazirliyindən qeyd olunub ki, oktyabrın 30-da Bakıda rəsmi açılışı keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolu regionda ən böyük nəqliyyat layihələrindən biridir.