Dubayda uçan taksinin sınaqları başlayıb VİDEO FOTO


Digərləri 29 Okt 2017 20:05:00 235 0

Dubayda uçan taksinin sınaqları başlayıb  VİDEO  FOTO

Volocopter GmbH pilotsuz uçan taksinin ilk videosunu dərc edib. Bu nəqliyyat vasitəsini ilk dəfə setyabrın əvvəlində Frankfurt avtosalonunda görmək mümükün idi. Bir nüansı qeyd edək ki, şirkət öz uçan avtomobillərini Daimler AG konserninin dəstəyi ilə hazırlayır. Beləki, almanlar bu layihəyə 25 milyon avro yatırıb. Son.az 4charx.com-a istinadən bildirir ki, uçan taksi tam elektrikli güc qurğusu əldə edib və taksi servislərində istifadəsi nəzərdə tutulur. Çox güman ki, bu avtomobillərin sürücüləri olmayacaq, sərnişinlər isə bu nəqliyyat vasitələrini smarton vasitəsilə sifariş edə biləcəklər. Halhazırda qurğu 30 dəqiqə ərzində 60 km/saat sürətlə uça bilir. Lakin, mühəndislər yaxın vaxtlarda daha uzun məsafə qətt edə bilən taksilərin istehsal olunacağını istisna etmir.

Yeri gəlmişkən, sınaq uçuşları Dubayda keçirilir və bu təsadüf deyil - əmirliyin rəhbərliyi uzun müddətdir ki, yüksək texnologiyalı nəqliyyat vasitələrinə dəstək verdiklərini bildiriblər. Burada 2030-cu ilə kimi bütün daşımaların hava vasitəsilə həyata keçiriləcəyi nəzərdə tutulub.


Xəbərə aid fotolar