Alma qabığı yuyularaq təmizlənmir


Digərləri 29 Okt 2017 20:10:00 266 0

Alma qabığı yuyularaq təmizlənmir

ABŞ-da aparılan bir araşdırma alma qabığındakı zərərli kənd təsərrüfatı kimyəvi maddələrinin yuyulmasına baxmayaraq, təmizlənmədiyini ortaya çıxarıb.

Son.az deyerler.org-a istinadən bildirir ki, Massaçusetts Universitetindən alimlərin apardığı araşdırmaya əsasən, almanı insana zərərli kimyəvi maddələrdən təmizləmək üçün 15 dəqiqəyə qədər qabartma tozu məhlulunda saxlamaq lazımdır.   Alimlər bu araşdırmanı biri göbələk, digəri isə böcək üçün istifadə olunan iki fərqli pestisid üzərində həyata keçiriblər.   İndependent qəzetində nəticələri verilən araşdırmaya əsasən, kran suyu ilə yuma alma qabığındakı bu kimyəvi maddələri təmizləmir.   Almanın qabartma tozu məhlulunda 15 dəqiqəlik saxlanılması vəziyyətində isə, qabığındakı pestisidin 80-96% nisbətində aradan getdiyi müəyyən olunub.   Araşdırmaçılar almanın qabığını soymanın zərərli maddələrdən xilas olmağın bir yolu olmasına baxmayaraq, bu üsulla alma qabığındakı qidalandırıcı vitaminlərdən də məhrum olunduğunu da söyləyiblər.