Somalidə törədilmiş terror aktında ölənlərin sayı 27 nəfərə çatıb


Dünya 29 Okt 2017 19:15:22 266 0

Somalidə törədilmiş terror aktında ölənlərin sayı 27 nəfərə çatıb

Terror aktına görə məsuliyyəti "Aş-Şabab" üzərinə götürüb

Somalidə, prezidentin Moqadişodakı sarayı yaxınlığındakı "Nasa-Hablod 2" mehmanxanasına hücum zamanı öldürülənlərin sayı 27 nəfərə çatıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Qərb mətbuatı yerli hakimiyyət orqanlarının məlumatına istinadən xəbər verib.

Eyni zamanda Somalinin informasiya naziri Abdirəhman Osman bildirib ki, ölkə kəşfiyyatının başçısı və polis rəisi hadisə ilə əlaqədar istefaya göndəriliblər.

Bir gün əvvəl kamikadze partlayıcı qurğunun olduğu avtomobili prezident iqamətgahının ətrafındakı "Nasa-Hablod 2" mehmanxanasına gətirib. Bir neçə dəqiqə sonra yaxınlıqda partlayıcı maddənin yükləndiyi mikroavtobus partladılıb. Sonra mehmanxanaya hücum edilib.

Ölkənin təhlükəsizlik xidmətinin əməkdaşları hücum edənlərdən ikisini öldürməyə nail olublar. Daha üç nəfər isə tutulub.

Terror aktına görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.