"Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur" FOTO


Dünya 29 Okt 2017 17:47:41 350 0

"Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur"  FOTO

Son.az musavat.com-a istinadən xəbər verir ki, İspaniyanın əbədi qiyamçı əyaləti Kataloniya ayrıldığını bəyan etsə də, nə rəsmi Madridin onu buraxmaq, nə də Avropa Birliyinin yeni dövləti tanımaq və üzv olaraq qəbul etmək fikri yoxdur.

Kataloniya müstəqillik uğrunda döyüşə hazırdırmı?-Avropalı ekspertlərin fikrincə, xeyr

"Bloomberg" xəbər agentliyinin jurnalisti Leonid Berşidskinin fikrincə, Kataloniya parlamentinin son qərarı həqiqi müstəqillikdən daha çox simvolik jestə bənzəyir. Lakin situasiya İspaniya üçün təhlükəli hal alıb və hər şey baş nazir Mariano Rahoyun öz təcrübə və bacarığından necə istifadə edəcəyindən asılıdır.

Berşidski gəlinən situasiyada katalon lideri Karles Puçdemonun sol radikalçıların çaldığı ilə oynamasının böyük təsiri olduğunu düşünür.

Müəllif gəlinən vəziyyəti ironik şəkildə təsvir edib:

"Belə ki, əslində, oktyabrın 26-da Puçdemon yerli parlamentin buraxılaraq İspaniya konstitusiyasına müvafiq surətdə seçkiləri elan etməli imiş. Buna ən çox Kataloniyanın müstəqillik tərəfdarı sayılan solçu radikallar qarşı çıxmışdı. Hətta radikal sol partiyanın lideri Antonio Banos tvitterdə onun rəsmini başıaşağı şəkildə təsvir edərək, xainliklə suçlamışdı. Bundan başqa parlamentin qarşısında radikal əhval-ruhiyyəli minlərlə insan toplanmağa başlamışdı. Nəticədə Puçdemon seçkilərlə bağlı nitqini təxirə salmalı oldu. Banos isə onun rəsmini artıq uzanan vəziyyətdə göstərdi. Kataloniya parlamentində müstəqillik haqında qərar qəbul olunduqdan sonra solçu lider Puçdemonu əvvəlki, düzgün təsvirinə geri qaytarıb", məqalədə qeyd olunur.

Lakin Kataloniyada ən qızğın müstəqillik tərəfdarları belə işin qanlı toqquşmalara gətirib çıxaracağına inanmırlar.

"Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur", Kataloniya hökumətində əvvəllər mədəniyyət layihələrinə cavabdeh olan, hazırda "Minoria Absoluta" tv kanalının strateqi olan Jordi Sellas müəllifə bildirib. Jordi Sellas katalonları alverçi milləti adlandırıb və onların Madridlə qanlı savaşa girməyəcəklərini söyləyib. "İnsanlar bu işdən ötrü həyatlarını verməz, bu məsələ heç bir canın qurban edilməsinə dəymir".

Kataloniyada separatçı partiyalardan birinə rəhbərlik edən hüquqşünas Alfonso Lopes Tena da Puçdemon hökumətinin addımını ucuz saxtakarlıq adlandırıb.