Barselonada yüzminlərlə insan Kataloniyanın müstəqilliyinə qarşı mitinqə çıxıb


Dünya 29 Okt 2017 17:39:37 314 0

Barselonada yüzminlərlə insan Kataloniyanın müstəqilliyinə qarşı mitinqə çıxıb

Onların əksəriyyəti muxtariyyətin keçmiş rəhbəri Puçdemonun həbsini tələb edir

Barselonada İspaniyanın müstəqilliyinin saxlanmasını istəyən təqribən 300 min insan küçələrə çıxıb.

“Report” xəbər verir ki, mitinqə toplaşanların əksəriyyəti Kataloniya jeneralitetinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Karles Puçdemonun həbsini tələb ediblər.

Ötən gün İspaniya hökuməti Kataloniya parlamentinin buraxılması və Puçdemonun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Regionda birbaşa Madridin idarəçiliyi tətbiq edilir.

Kataloniyada parlament seçkiləri dekabrın 21-nə təyin olunub.