Çexiyanın ardından Polşada da iki nəfər qasırğanın qurbanı olub


Dünya 29 Okt 2017 16:54:03 278 0

Çexiyanın ardından Polşada da iki nəfər qasırğanın qurbanı olub

Yüzminlərlə insan işıqsız qalıb

Polşada güclü külək nəticəsində azı iki nəfər həyatını itirib.

"Report" "Radio Poland"a istinadən xəbər verir ki, bunu bazar günü Polşanın Dövlət Yanğın Mühafizəsinin mətbuat katibi Pavel Frontçak deyib.

Onun sözlərinə görə, hər iki nəfər avtomobil sürücüsüdür və onların maşınları üzərinə ağac aşıb. Maşınlardan birinin sərnişini ağır yaralanıb.

Güclü külək həmçinin elektrikötürücü xətləri də sıradan çıxarıb. Nəticədə yüzminlərlə insan işıqsız qalıb, onlarla evin damı uçub, bəzi regionlarda aşan ağaclar avtomobil və dəmir yollarını bağlayıb.