"Manchester City"nin hücumçusu bu il məğlubiyyətin nə olduğunu bilmir


İdman 29 Okt 2017 16:12:00 290 0

"Manchester City"nin hücumçusu bu il məğlubiyyətin nə olduğunu bilmir

"Manchester City"nin hücumçusu Qabriel Jezuş 2017-ci ildə meydana çıxdığı heç bir oyunda məğlubiyyət acısı yaşamayıb. Goal.az xəbər verir ki, 20 yaşlı forvard bu il milli komanda və klubun heyətində 35 oyunda iştirak edib. Bunların 27-də qələbə, 8-də isə bərabərlik qeydə alınıb. Jezuş sonuncu dəfə "Palmeiras"ın futbolçusu kimi yenilgi görüb. 2016-cı il 29 oktyabrda onun sabiq komandası "Santos"a minimal hesabla uduzmuşdu.