Benitez: "Premyer Liqada hazırda cəmi 4-5 yerli mütəxəsis var"


İdman 29 Okt 2017 15:51:00 284 0

Benitez: "Premyer Liqada hazırda cəmi 4-5 yerli mütəxəsis var"

"Newcastle United"in baş məşqçisi Rafael Benitez ingilis həmkarlarının Premyer Liqada azlıq təşkil etməsinə toxunub. Goal.az xəbər verir ki, ispaniyalı mütəxəsis bunları deyib:

"Britaniyalı məşqçilərə Premyer Liqa klubunda işləmək İngiltərə millisində çalışmaqdan daha çətindir. Millini çalışdırmaq çətin vəzifə olsa da, yerli mütəxəsislərə üstünlük verilir. Premyer Liqanın 6 məşhur klubunda əcnəbilər işləyir. Çünki çoxlu pul xərcləyən klub sahibləri daha yaxşı nəticələr tələb edir. Mütləq ingilis yox, adlı-sanlı məşqçi kifayət edir. Belə alınır ki, Premyer Liqada hazırda cəmi 4-5 yerli mütəxəsis var".