İraq hökuməti ilə kürdlər arasında atəşkəs rejimi uzadılıb
Dünya 29 Okt 2017 15:26:06 342 0
Atəşkəs rejimi mübahisəli ərazilərin birgə idarəsi razılaşdırılanadək qüvvədə qalacaq
İraqın hökumət qüvvələri ilə Kürd hərbiləşdirilmiş birləşmələri ("peşmərgə") hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Shafaq News" xəbər portalı məlumat yayıb.
Bildirilir ki, razılaşma İraq Silahlı Qüvvələri komandanlığı və "peşmərgə" nümayəndələri arasında əldə olunub. Görüş ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyası nümayəndələrinin iştirakı ilə baş tutub.
"Kurdistan 24" telekanalının məlumatına görə, atəşkəs rejimi tərəflər mübahisəli ərazilər, eləcə də sərhəd məntəqələrinin birgə idarəsini razılaşdırana qədər qüvvədə qalacaq.
Mənbə: report.az