Çexiyada qasırğa nəticəsində iki nəfər ölüb


Dünya 29 Okt 2017 15:14:19 247 0

Çexiyada qasırğa nəticəsində iki nəfər ölüb

Praqa və Hamburq arasında qatarların hərəkəti dayandırılıb

Çexiyanın qərb hissəsində tüğyan edən qasırğa iki nəfərin ölümünə səbəb olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Xilasetmə Xidmətinin nümayəndəsi İvo Novak deyib.

"Son dərəcə güclü külək iki vətəndaşın ölümünə səbəb olub. Şərqi Çexiyada yerləşən Yiçin şəhərində yaşlı kişi ölüb. Onun üzərinə ağac aşıb. Starjeç kənd sakini meteoroloqların tövsiyələrinə məhəl qoymayaraq fırtına vaxtı meşəyə gedib və orada şiddətli külək ağacı onun üzərinə aşırıb", - deyə o bildirib.

Ən sürətli külək Çexiyanın şimalında qeydə alınıb. Dağlıq rayonlarda küləyin sürəti 50 m/saata çatıb. Dəmir yollarının dağıntılar altında qalması səbəbindən orada yerləşən Deçin şəhəri ilə Almaniya şəhərləri arasında əlaqə kəsilib. Xüsusilə də, Praqa və Hamburq arasında qatarların hərəkəti dayandırılıb.

Bazar günü Çexiyanın 14 bölgəsindən 7-də fövqəladə vəziyyət elan olunub. Elektrik xətlərinin kəsilməsi səbəbindən yüzminlərlə insan işıqsız qalıb.