Yaşılbaş çöl ördəkləri Rusiyadan Azərbaycana köç etməyə başlayıb


Dünya 29 Okt 2017 11:54:26 392 0

Yaşılbaş çöl ördəkləri Rusiyadan Azərbaycana köç etməyə başlayıb

Vəhşi ördəklər qışlamaq üçün Novosibirskdəki Qu gölünü tərk edirlər

Rusiyanın böyüklüyünə görə üçüncü şəhəri olan Novosibirskdəki Qu gölündə məskən salan vəhşi ördəklər ərazini tərk etməyə başlayıblar.

“Report” xəbər verir ki, bunu Rostislav Şilo adına Novosibirsk zooparkının əməkdaşları deyiblər.

"Bizim Qu gölünü bəyənən vəhşi ördəklər, nəhayət ki, köç etməli olduqlarını xatırlayıblar (və ya başa düşüblər). İndi onlar uçuşdan əvvəl qanadlarını hərəkətə gətirməyə, özlərini normal fiziki formaya salmağa başlayıblar (göldə yeyərək piyləniblər)", - deyə zoopark əməkdaşları qeyd ediblər.

Məlumata görə, ördəklər təkcə Qu gölündə deyil, həmçinin Akademqorodokdakı göldə də məskunlaşıblar.

Novosibirskdə daha çox rast gəlinən növ yaşılbaş ördəkdir. Ornitoloqlar bildirirlər ki, yaşılbaş ördəklər qış fəslində Türkmənistan və Azərbaycana uçurlar.

Aprel ayında ərazini tərk etmiş ördəklər yenidən Azərbaycandan Rusiyaya qayıdırlar.